AZ

Uayt siyahı tutdu, Həbibi ora salmadı

UFC prezidenti Dana Uayt UFC tarixinin dahilərindən ibarət 4 nəfərlik siyahı hazırlayıb.

Onun siyahısına amerikalılar Con Cons və Ronda Rauzi, kanadalı Jorj Sen-Pyer və irlandiyalı Konor Makqreqor düşüb:

“Con Consun adını dəqiq çəkəcəm. Sonra Ronda Rauzi gəlir, çünki o olmasaydı, qadınlar UFC yarışlarında döyüşməzdi. Jorj Sen-Pyersiz ötüşmək çətindi. Və Konor Makqreqor da siyahıda olmalıdı. O, MMA yarışlarını dəyişdi, qlobal səviyyəyə qaldırdı”.


Jurnalistlər Uaytdan Həbib Nurməhəməmmədovun siyahəya düşməməsinin səbəbini soruşub. Belədə o, daha geniş izahat verməli olub. Uayt belə hesab edir ki, yarımağır çəkinin sabiq və ağır çəkinin indiki çempionu Con Cons (27-1) MMA tarixinin ən dahi döyüşçüsüdü:

“Con Cons heç vaxt məğlub edilməyib. O, həmin vaxt ən sərt çəki kateqoriyası sayılan yarımağır çəkidə hamını məhv edib. Sonra ağır çəkiyə keçdi, asanca qələbə qazandı. Heç kim bütün dövrlərin ən yaxşı döyüşçüsünün kim olmasıyla bağlı mübahisə edə bilməz. Heç şübhəsiz, bu, Con Consdu. O, heç vaxt uduzmayıb. Heç kim Cona oktaqonda qalib gəlməyib. Və nəzərə almalı olduğunuz daha bir məqam onun uzunömürlülüyüdü. İstədiyiniz qədər Consa nifrət edə bilərsiz. Con Cons bütün dövrlərin ən dahi döyüşçüsüdü. Düşünürəm ki, Həbibin onun yerini tutmaq üçün potensialı var idi. Sadəcə, o, çox döyüşmədi. Digər tərəfdən, onun zədələrinin olduğunu da bilirsiz. Həbib də bütün dövrlərin ən yaxşı döyüşçülərindən biridi”.


Bildiyiniz kimi, Amerika hazırda növbəti prezident seçkisinə hazırlaşır. Uayt Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampla sıx dostluq münasibətləri saxlayır. Uayt Trampın Kamala Harrislə teledebat ərəfəsində ona zəng etdiyini deyib:

“Debata baxmamışam, amma sizə bunu demək istəyirəm. Donald debata bir saat qalmış mənə zəng etdi. Orda nələrin və necə baş verdiyini bilmirəm. Ancaq Donaldın prosesə ciddi yanaşdığı aydındı. Mənə dedi ki, debata ağır çəkidə döyüş kimi baxıram, mən heç nəyə yüngül yanaşmıram”.
Seçilən
24
football-plus.az

1Mənbələr