Xətai rayonu, 8 Noyabr prospekti və Ramiz Quliyev küçəsinin kəsişməsi, mərkəz istiqamətində aidiyyəti dövlət qurumu tərəfindən təmir işləri aparılır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bildirilib ki, bu səbəbdən qeyd edilən istiqamətdə avtomobillərin hərəkətinə qısamüddətli məhdudiyyət tətbiq edilib.