AZ

Amerikalı reper yenidən saxlanıldı

"Diddy" ləqəbli amerikalı aktyor, prodüser və reper Şon Kombs nəzarətə götürülüb.

Kulis.az xəbər verir ki, Nyu York Cənub Dairəsi prokuroru Damian Uilliams Kombsa qarşı irəli sürülən ittihamnamənin hələlik gizli saxlanılacağını, işin təfərrüatlarının daha sonra açıqlanacağını bildirib.

Sənətçinin vəkili Mark Aqnifilo müvəkkilinin əməkdaşlıq etdiyini və günahkar olmadığını deyib və bütün faktların ortaya çıxmasını gözləmək lazım olduğunu qeyd edib.

Qeyd edək ki, reperin keçmiş sevgilisi müğənni Kessi Ventura 2023-cü ilin noyabrında cinsi təcavüzə məruz qaldığını iddia edərək ona qarşı iddia qaldırıb. May ayında CNN Kombsun Venturaya hücum etdiyini göstərən bir video yayımlayıb və Kombs hərəkətlərinə görə üzr istəyib.

Venturanın açdığı iddiadan sonra Kombsa qarşı cinsi təcavüz ittihamları artmağa davam edib.

ABŞ Daxili Təhlükəsizlik Departamenti martın 25-də Kombsun Los-Anceles və Mayamidəki evlərində axtarış elan edib və onlara basqın edib.

Ülvi Bahadır

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
3
kulis.az

4Mənbələr