AZ

Asif Yusifli AXCP-dən istefa verdi

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü Asif Yusifli partiyadan istefa verib.

Bu barədə Asif Yusifli sosial media hesabında yazıb.

O, istefasını partiyanın davamlı olaraq seçkilərdəki boykot siyasəti ilə əlaqələndirib: "Başda Əli Kərimli olmaqla Xalq Cəbhəsinin bütün üzvlərinə uğurlar arzulayıram. Uzun müddətli birgə fəaliyyətə görə bütün AXCP üzvlərinə təşəkkür edirəm. Bu gündən etibarən AXCP üzvlüyündən istefa verirəm. Çıxmağımın səbəbi nədir? Xroniki boykot". 

"Prinsipial müxalifət mövqeyində qalıram. Fəaliyyətimi müstəqil olaraq davam etdirəcəm. Növbəti addımlarım haqda ictimaiyyətə məlumat verəcəyəm", - deyə o bildirib. 
Seçilən
34
29
arqument.az

10Mənbələr