AZ

Qərbdə yeni TƏXRİBAT: Ermənilərin Qarabağa qayıdışı niyə yenidən GÜNDƏMDƏDİR? - ŞƏRH

Qərbdə yeni TƏXRİBAT: Ermənilərin Qarabağa qayıdışı niyə yenidən GÜNDƏMDƏDİR? - ŞƏRHABŞ-də erməni diasporu Qarabağla bağlı növbəti təxribata hazırlaşır. Sentyabrın 19-da ermənipərəst konqresmenlər Kristofer Smit və Ceyms MakQovernin həmsədrliyi ilə Tom Lantos İnsan Hüquqları Komissiyasında Azərbaycanla bağlı dinləmələr keçiriləcək. Bu barədə mətbuatda xəbərlər yayılıb.

Amerika Erməni Komitəsi (ANCA) tərəfindən dəstəklənən dinləmələrdə əsas müzakirə mövzusu "hərbi əsirlərin və siyasi məhbusların vəziyyəti, Qarabağda erməni mədəniyyət obyektlərinin statusu, ermənilərin Qarabağa qayıtmaq hüququ" olacaq. Bütün bu məsələlərin bitdiyi bir vaxtda Ermənilərin Qarabağa qayıtmaq məsələsi niyə yenidən gündəmə gətirilir? Qərb tərəfindən Azərbaycana qarşı hansı təhlükələr gözlənilir?

Mövzunu Sonxeber.az-a şərh edən Turan Rzayev deyib ki, Qərbin Azərbaycan ilə bağlı apardığı hesabatlarda, xüsusi ilə insan haqları ilə bağlı hesabatları reallığı əks etdirmir:

"Ümumiyətlə dünyanın bir çox inkişaf etmiş, demokratik indeksdə öndə sayılan qərbi Avropa ölkələrində insan haqlarına dair hesabatlarda neqativ hallara rast gəlmək mümkündür. Bu hesabatlar hazırlanarkən ciddi araşdırmalar aparılmır. Xüsusilə siyasi motivli hesabatlar hazırlanır. Qərb öz maraqları çərçivəsində hesabatlar hazırlayır və Azərbaycan kimi ölkələri məqsədli şəkildə demokratik indeksdə aşağı göstərir. Reallıq ondan ibarətdir ki, Azərbaycanda bu məsələdə ciddi hesabatlar aparılır. Reallığı bilirik və gözlə görüləcək məqamlar da var. Söhbət il ərzində əfv fərmanının imzalanması,bir neçə dəfə amnistiyaların verilməsi, cəzası bitməmiş şəxslərin vaxtından əvvəl həbsdən buraxılması kimi məsələləri görürük. Ümumiyyətlə bir çox insan haqları təşkilat nümayəndələri danışdıqda görə bilərik ki, onların təqdim etdiyi hesabatlarda ən öndə həmin şəxslərin həbsdən azad olunduğunun şahidi oluruq. Reallıq ondan ibarətdir ki, humanizmdən irəli gələrək bu şəxslərin yenidən cəmiyyətə inteqrasiyası təmin edilir və müvafiq işlər aparılır".

Politoloqun sözlərinə görə, Avropa hələ də Azərbaycan ilə bağlı hesabatlarda mənfi rəylər yayır. Avropanın özündə artan islamofobiya, irqçilik, antisemitizm, miqrantlara qarşı törədilən cinayətlər, haqsız həbslər qeyd edilmir. Amma həmin ölkələr bu gün ağız dolusu bu kimi şeylərdən danışırlar:

"Amerika Erməni Komitəsi siyasi məhbusların vəziyyəti, Qarabağda erməni mədəniyyət obyektləri mhin statusu ilə bağlı məsələləri gündəmə gətirirlər. Bu məsələ gündəmdən çıxıb. Amerika Erməni Komitəsi öz "fəaliyyəti"ni davam etdirməyə çalışsa da, Qarabağ məsələsi bitib. Ermənistan hökuməti də bunu qəbul edib. Sülh müqaviləsində bu məsələ öz əksini tapacaq. Biz heç kimi Qarabağdan qoymamışıq. Ermənilər öz istəkləri ilə gediblər. Halbuki onların burada qalmaları üçün reinteqrasiya prosesi başladılmışdı. Azərbaycan vətəndaşlığını qəbul etmələri üçün onlara minimum şərtlər irəli sürüldü. Minimum şərt dedikdə bütün ölkələrin irəli sürdüyü tələblərdir. Söhbət Azərbaycan Konstitusiyasını qəbul edib, bayrağımız altında yaşamaları idi. Əgər bunu da qəbul etmirlərsə, niyə onları vətəndaşımız kimi qəbul edək? Azərbaycan ermənilərin gedişini problem etmədi. 90-ci illərdə ərazilərdən azərbaycanlıları zorla qovdular və bir çöp belə aparmalarına icazə vermədilər. Bütün bunlara baxdıqda kimin haqlı yaxud haqsız olduğunu görmək çox asandır".

Turan Rzayev bildirib ki, Qarabağdakı erməni abidələrin heç birinə toxunulmayıb. Sadəcə olaraq müəyyən yerlərdə restavrasiya işləri aparılır. Azərbaycan kifayət qədər demokratik və xalqların milli-mənəvi dəyərlərinə hörmət edən bir ölkədir. Halbuki bunu Avropa ölkələri bir çox hallarda etmirlər:

"Bizim qərbdə müttəfiq dost dövlətlərimiz var. Böyük Britaniya, İtaliya, Balkan yarımadasında Macarıstan kimi ölkələrimiz var. Bu ölkələr NATO və Avropa İttifaqında təmsil olunan ölkələrdir. Belə olan təqdirdə başda Fransanın qəbul etdirməyə çalışdığı sanksiya kimi məsələlərə həmişə qarşı çıxıblar. Azərbaycan avropanın etibarlı tərəfdaşıdır. Enerji təminatı sahəsində mühüm işlər görülür. Reallığı nəzərə almaq lazımdır. Sanksiyalar və bizə qarşı edilən təzyiqləri əks arqumentlər ilə qarşı çıxa bilərik. Bizim gözümüzü qorxutmaq asan məsələ deyil. Bu gün Azərbaycanın hazırladığı bir profili var. Avropa istədiyi təzyiqi edə bilər. Amma reallıq ondan ibarətdir ki, edilən təzyiqlərə ona qarşı əks təsirlə cavab veriləcək. Azərbaycan bu günə qədər heç bir ölkəyə aqressiv mövqe nümayiş etdirməyib. Amma bizə qarşı edilən bütün mövqelərə eyni şəkildə çıxış etməyə hazırıq".

Sevda Səfərova

Seçilən
29
50
sonxeber.az

10Mənbələr