AZ

Gold Apollo təkzib edib: Livanda partlayan peycerləri biz istehsal etməmişik...

Tayvanın "Gold Apollo" peycer şirkətinin sədri Xu Qingguang şirkətin Livanda partlayan peycerləri istehsal etmədiyini bildirib...

Poliqon xəbər verir ki, bu barədə "Zhongtian Xinwenwang" informasiya portalı məlumat yayıb.

Onun sözlərinə görə, peycerlərin Livana çatdırılmasını "Gold Apollon" loqosundan qanuni istifadə edən distribütor şirkət həyata keçirib. Xu Qingguang aydınlıq gətirib ki, partlamış peycerlər iki ildən az müddətdir ki, satışdadır. Qurğuların partiyası şirkətin ticarət tərəfdaşı tərəfindən Livandakı fabrikdə istehsal edilib.

Xu Qingguang "Gold Apollon"un beynəlxalq hüquqi prosedurlara başlaya biləcəyini bildirib.

Bundan əvvəl Amerikanın The Wall Street Journal qəzeti mənbələrə istinadən yazıb ki, Livanda "Hizbullah" şiə qruplaşmasının üzvləri arasında partlayan minlərlə peycer bu yaxınlarda alınan yükdəndir. "Hizbullah" sözçüsü bildirib ki, bir çox döyüşçüdə belə cihazlar var. Onun sözlərinə görə, onların bəziləri çox qızıb, ona görə də belə peycerlərdən imtina ediblər.

Livan təhlükəsizlik xidmətindəki yüksək rütbəli mənbənin qeyd edib ki, "Hizbullah" Tayvanın "Gold Apollo" şirkətinə bu ilin əvvəlində ölkəyə gətirilən 5 min peycer sifariş edib. Mənbə simsiz olaraq mətn mesajlarını qəbul edən və nümayiş etdirən, lakin telefon zəngləri edə bilməyən AP924 peycer modelinin fotosunu göstərib.

Reuters bildirib ki, peycerlərin kütləvi partladılmasını İsrailin "Mossad" kəşfiyyat xidməti təşkil edib. Əməliyyata uzun müddət hazırlanıb.

Yaraqlılar yerlərini İsrailin izləməsindən gizlətmək üçün peycerlərdən aşağı texnologiyalı rabitə vasitəsi kimi istifadə edirlər. Bununla belə, Livan mənbəsinə görə, qurğular İsrail kəşfiyyat xidməti tərəfindən istehsal səviyyəsində dəyişdirilib. Mənbə bildirib ki, "Mossad" qurğunun içərisinə partlayıcı material yerləşdirib, onu hər hansı bir şəkildə, hətta hər hansı bir cihaz və ya skanerin köməyi ilə aşkar etmək çox çətindir.

Xatırladaq ki, çərşənbə axşamı, sentyabrın 17-də Livandakı "Hizbullah" qruplaşmasının bir çox üzvünün, demək olar ki, eyni vaxtda ünsiyyət üçün istifadə etdikləri peycerləri partladılıb. Əməliyyat nəticəsində 11 qruplaşma üzvü öldürülüb, azı 2750 nəfər yaralanıb. Yaralılardan 400-nün vəziyyəti ağırdır.

İranın Livandakı səfiri Müctəba Əmani Beyrutda peycerlərin partlaması nəticəsində xəsarət alıb. "The New York Times"ın məlumatına görə, səfir hadisə nəticəsində bir gözünü itirib, digər gözündən isə ciddi xəsarət alıb. İran İslam İnqilabı Keçikçiləri Korpusunun (SEPAH) nümayəndələrinin verdiyi məlumata görə, Əmaninin vəziyyəti ilk olaraq açıqlanandan fərqli olaraq daha ciddidir. Bildirilib ki, o, müalicə üçün Tehrana aparılacaq.

Poliqon.info

Seçilən
54
36
poliqon.info

10Mənbələr