FED-in kritik faiz qərarı ərəfəsində qızıl yenidən bahalaşıb.
İndex.az xəbər verir ki, qızıl həftənin üçüncü ticarət günündə bir unsiya üçün 2 min 575 dollara satılıb.
ABŞ-da son olaraq açıqlanan pərakəndə satış məlumatları FED-in çərşənbə günü hansı qərarı verəcəyini təxmin etməyə kömək olmadı.
Belə ki, bəzi iqtisadçılar FED-in uçot dərəcələrini 1/4 bənd endirəcəyini düşündüyü halda digər iqtisadçılar endirimin birbaşa 1/2 bənd olacağını düşünür.