AZ

“Kişilər 2 dəfə kişi olur: Bir siqaretə başlayanda, bir də...”

Ölkəmizdə bir çox istehlak məhsullarının saxta və lisenziyasız satışı müşahidə olunur. Bu hallar istər qida, istərsə də digər məhsullarda özünü göstərir.

Lakin tütün məmulatları, o cümlədən siqaretlərlə bağlı vəziyyət daha acınacaqlıdır. Müxtəlif mağaza, kiosk və marketlərdə üzərində aksiz markası olmayan bir çox siqaret markasına rast gəlmək olduqca asandır. Bəs görəsən, bu istiqamətdə hansı qabaqlayıcı tədbirlər görülür?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, ilkin olaraq hamı dərk etməlidir ki, siqaretin istənilən forması təhlükəlidir:

“Azad İstehlakçılar Birliyi olaraq, istehlak hüquqları ilə bağlı ictimai nəzarəti həyata keçirir. Biz ancaq istehlakçılardan gələn şikayətləri güclə qarşılayırıq. Reyd etməyə, baxışlar keçirməyə heç vaxtımız və imkanımız yoxdur. Təxminən 10 ildir reydlər keçirmirik. Yalnız televiziya layihələri çərçivəsində müəyyən işlər görürük.

Tütün məmulatları haqqında qanun Azərbaycanda illər öncə qəbul olunub. Daha sonra 4 dəfə bu qanunda dəyişikliklər edilib. Bu dəyişikliklərin hamısı istehlakçıların xeyri istiqamətində aparılıb. Bu qanuna görə, siqaretlərin tək-tək satışı qadağandır.

Tibb və təhsil müəssisələrinin yaxınlığında satışı qadağandır. Lakin biz görürük ki, bu qanuna əməl olunmur. Siqaretdən istifadə etmək məişət narkomaniyasıdır. Kişilər 2 dəfə kişi olurlar. Bir siqaretə başlayanda, bir də onu tərgidəndə. Siqaretin növündən, görünüşündən və ölçüsündən asılı olmayaraq, təhlükəlidir. Hətta onu tərgitmək üçün alternativ sayılan elektron siqaretlər və qəlyanlar da insan səhhətinə ciddi ziyan vurur”.

Eyyub Hüseynovun fikrincə, iri satış müəssisələrində və kiosklarda tütün məmulatlarının satışı qadağan edilməlidir:

“Biz illərdir ki, siqaretdən istifadənin azaldılması istiqamətində iş görmüşük. Hətta mən Kanadanın Ottava şəhərində Azərbaycandakı tütün məmulatlarının qaçaqmalçılığının dövriyyəsinə dair təqdimat da etmişəm.

27 il ərzində filtrsiz siqaret istehsal edən müəssisənin bağlanmasına nail olmuşuq. Lakin bununla belə vəziyyət az dəyişib. Ancaq son 6 ildə Şəkidə bir müəssisə peyda oldu. Bu müəssisə “Karvan” və digər adlarda filtrsiz və təhlükəli siqaretlər istehsal edir. Nəzərə çatdırım ki, filtrsiz siqaretlər daha təhlükəlidir. Bu siqaretlər Azərbaycanın hər yerində ucuz qiymətə satılır.

2017-ci ildə beynəlxalq təşkilatların apardığı araşıdırmaya görə, Azərbaycan büdcəsi qaçaqmal siqaretlərdən 20 milyon dollar zərər çəkir. Biz üzərində aksiz olmayan siqaretləri paytaxtın müxtəlif yerlərində yerləşən kiosklarda satıldığını görə bilərik. Azərbaycan dünyanın yeganə ölkələrindən biridir ki, supermarketlərə girərkən, ilk olaraq bizi siqaret vitrinləri qarşılayır. Səfər etdiyim bir çox ölkələrdə siqaretin marketlərdə satılmadığını müşahidə etmişəm. Onların satışı üçün xüsusi məntəqələr var. Bu kimi ölkələrdə siqaretdən istifadə də olduqca məhduddur. Azərbaycanda isə tamam əks tendensiya müşahidə olunur. Böyük marketlərdə siqaret satışı ümumiyyətlə qadağan edilməkidir”.

Seçilən
24
14
turkustan.az

10Mənbələr