AZ

"Sizin Lombard" üçün yenidən 15 faizlə borc alınır

18 sentyabr 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "GL" ASC-nin (Sİzin Lombard) ümumi buraxılış həcmi 400 min manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.

Qeyd olunan istiqrazların yerləşdirilməsi 19 sentyabr 2024-cü il tarixində Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı: "GL" ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2034020282

İstiqrazın növü və forması: İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı

Ticarət üsulu / forması: Kütləvi / Birqiymətli

İstiqrazın sayı:  400 (ədəd)

İlkin ticarət qiyməti:  1,000 manat

İstiqrazın buraxılış həcmi: 400,000 manat

İllik gəlirlilik faizi: 15%

Ödəmə Periodu: Hər ayda bir dəfə (hər bir ayın 30 (otuz) gün olduğunu qəbul etmək şərti ilə) ödəniləcəkdir.

Tədavül müddəti: 5 il

Ticarətə buraxılma tarixi: 19.09.2024

Anderrayter: “INVEST-AZ İ.Ş” ASC

Seçilən
23
3
marja.az

10Mənbələr