29 avqust 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "GL" ASC-nin (Sizin Lombard brendi) ümumi buraxılış həcmi 400,000 (dörd yüz min) manat olan istiqrazı standart bazar seqmentində listinqə daxil edilmişdir.
Qeyd olunan istiqrazın yerləşdirilməsi 30 avqust 2024-cü il tarixində Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: "GL" ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2031020285:
İstiqrazın növü və forması: İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı
Ticarət üsulu / forması: Kütləvi/Birqiymətli
İstiqrazın sayı: 400 (ədəd)
İlkin ticarət qiyməti: 1,000 manat
İstiqrazın buraxılış həcmi: 400,000 manat
İllik gəlirlilik faizi: 15%
Ödəmə Periodu: Hər ayda bir dəfə (hər bir ayın 30(otuz) gün olduğunu qəbul etmək şərti ilə)
Tədavül müddəti: 5 il
Ticarətə buraxılma tarixi: 30.08.2024
Anderrayter: “INVEST-AZ İ.Ş” ASC