EN

Gəlirliliyi illik 15 faiz olan istiqrazının yerləşdirilməsi üzrə hərrac keçiriləcək - TARİX

29 avqust 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "GL" ASC-nin (Sizin Lombard brendi) ümumi buraxılış həcmi 400,000 (dörd yüz min) manat olan istiqrazı standart bazar seqmentində listinqə daxil edilmişdir.

Qeyd olunan istiqrazın yerləşdirilməsi 30 avqust 2024-cü il tarixində Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı: "GL" ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2031020285:

İstiqrazın növü və forması: İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı

Ticarət üsulu / forması: Kütləvi/Birqiymətli

İstiqrazın sayı: 400 (ədəd)

İlkin ticarət qiyməti: 1,000 manat

İstiqrazın buraxılış həcmi: 400,000 manat

İllik gəlirlilik faizi: 15%

Ödəmə Periodu: Hər ayda bir dəfə (hər bir ayın 30(otuz) gün olduğunu qəbul etmək şərti ilə)

Tədavül müddəti: 5 il

Ticarətə buraxılma tarixi: 30.08.2024

Anderrayter: “INVEST-AZ İ.Ş” ASC

glasc istiqraz
Chosen
45
5
marja.az

10Sources