AZ

Qarabağ ermənilərinin Ermənistanda Paşinyanı devirməyə uğursuz cəhdi

Ermənistan İstintaq Komitəsi 7 nəfərə qarşı “hakimiyyəti qəsb etməyə cəhd” maddəsi ilə cinayət işi açıb. İddia olunur ki, bir qrup Ermənistan vətəndaşı və Dağlıq Qarabağdan olan mühacir hərbi çevriliş hazırlamaq üçün Rusiyaya gedib. Məlumatı “Kommersant.ru” verib. 

“Kifayət qədər faktiki məlumatlar əldə edilib ki, Ermənistan Respublikasının vətəndaşları S.G, A.E, A.A, E.S, A.S, habelə Dağlıq Qarabağın keçmiş sakinləri A.M, A.S. və şəxsiyyəti hələ müəyyən edilməmiş şəxslər qrupun tərkibində hakimiyyəti qəsb etməyə hazırlaşmışlar, yəni zorakılıq tətbiq etməklə və səlahiyyətlərini mənimsəməklə Ermənistan Respublikasının hakimiyyətini qəsdən ələ keçirmək üçün şərait yaratmışlar. “News am” Ermənistan İstintaq Komitəsinin hesabatına istinadən bildirib.

İddialara görə, təqsirləndirilən şəxslər bir sıra digər Ermənistan vətəndaşlarını və Dağlıq Qarabağın keçmiş sakinlərini hər birinə ayda 220 min rubl mükafat vədi ilə cəlb ediblər. İnsanların Rusiyada 3 aylıq təlim-məşq toplanışı keçmək bəhanəsi ilə işə cəlb olunduğu iddia edilir. Orada onlar ağır silahların yeni növlərini idarə etmək üçün təlim keçib, sonra öz ölkələrinə qayıtmalı olublar.

Sonradan həmin şəxslərə deyilib ki, onların əsl məqsədi hazırkı hökuməti devirmək və “Ermənistan Respublikasını xilas etmək”dir. Bundan sonra bir neçə Ermənistan vətəndaşı silahlı çevrilişdə iştirakdan imtina edərək evlərinə gedib.

Məhkəmə üç nəfəri həbs edib. Dördü axtarılır. İstintaq Komitəsi cinayətkar qrupun digər üzvlərinin şəxsiyyətini müəyyənləşdirməyə çalışır.

 

P.ƏMİRCANOV

XQ

 

Seçilən
27
1
xalqqazeti.az

3Mənbələr