AZ

Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub

 

Xəbər verdiyimiz kimi, sentyabrın 18-də adını Azərbaycanın musiqi mədəniyyəti salnaməsinə qızıl hərflərlə yazdırmış dahi bəstəkar, musiqişünas, pedaqoq, publisist, ictimai xadim Üzeyir Hacıbəylinin (1885-1948) anadan olmasının 139-cu ildönümüdür. Bu gün həm də böyük bəstəkarın doğum günü şərəfinə ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur

Missiya.Az xəbər verir ki, mədəniyyət tariximizin bu əlamətdar günü münasibətilə I Fəxri xiyabanda Üzeyir bəyin məzarı ziyarət olunub.Mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, tanınmış mədəniyyət xadimləri iştirak ediblər.Əvvəlcə dahi bəstəkarın məzarı üstünə əklil qoyulub və tər çiçəklər düzülüb.

Mədəniyyət nazirinin müavini Murad Hüseynov və digər çıxış edənlər mərasimə toplaşanları Milli Musiqi Günü münasibətilə təbrik edib. Bildirilib ki, 18 sentyabr Üzeyir Hacıbəylinin doğum günü, həm də ölkəmizdə Milli Musiqi Günüdür. Bununla bağlı ölkəmizdə hər il silsilə tədbirlər keçirilir, bəstəkarın mədəniyyətimiz qarşısında misilsiz xidmətləri minnətdarlıqla yada salınır. Bu gün Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı başlanır. 18-28 sentyabr tarixlərində keçiriləcək festivalın bu il də zəngin proqramı var. Vurğulanıb ki, illər, əsrlər ötsə də, Üzeyir Hacıbəylinin sənəti və əməlləri əbədi yaşayacaq.Mərasim iştirakçıları həmçinin Ümummilli lider, mədəniyyətimizin böyük hamisi Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini ehtiramla anaraq məzarları üzərinə tər çiçək dəstələri düzüblər.Qeyd edək ki, çıxışlardan sonra mərasim iştirakçıları I Fəxri xiyabanda uyuyan Azərbaycan musiqisinin korifeylərindən Qara Qarayev, Fikrət Əmirov, Bülbül, Rəşid Behbudov, Niyazi və Müslüm Maqomayevin də məzarlarını ziyarət ediblər.Leyla SƏMƏNDƏRMissiya.Az

Seçilən
24
8
missiya.az

9Mənbələr