AZ

"Tez-tez qrip olmaq o deməkdir ki..." - SN

Payızdan yaza doğru tez-tez qrip olmaq o deməkdir ki, həmin şəxs mövsüm ərzində qrip və/və ya digər kəskin respirator virus infeksiyalarına (KRVİ) yoluxur. Bu, həmin şəxsin həyat tərzi, immunitetinin vəziyyəti və s. faktorlarla əlaqədar baş verə bilər.

Adalet.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi İnstaqram səhifəsində nazirliyin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov açıqlayıb.

Onun sözlərinə görə, bu infeksiyalar arasında qrip təhlükəli olduğuna və müxtəlif fəsadlar vermə imkanına görə birinci növbədə onun spesifik profilaktikası aparılmalıdır.

“Yəni, qripə qarşı vaksinasiya olunmaq lazımdır. Hazırda ölkədə bu cür vaksin Səhiyyə Nazirliyi tərəfindən gətirilərək, ambulator xidmət göstərən müəssisələrə paylanılıb və ərazi üzrə müraciət etməklə bundan yararlanmaq olar. Bundan əlavə, hava-damcı infeksiyalar üçün nəzərdə tutulan standart tədbirlərə ciddi riayət etməli, sağlam həyat tərzinə nail olmaqla özünü qorumaq olar”.

Seçilən
47
4
adalet.az

5Mənbələr