AZ

2025-ci ildə Azərbaycanın müdafiə xərcləri cəmi xərclərin 16,8%-ni təşkil edəcək

Azərbaycanın 2025-ci il dövlət büdcəsi layihəsində müdafiə və milli təhlükəsizlik xərcləri 6 milyard 658,3 milyon manat (cari məzənnə ilə 3,9 milyard dollar) və ya bütün xərclərin 16,8 faizi səviyyəsində nəzərdə tutulub.

2024-cü il büdcəsində bu maddə üzrə xərclər 7 milyard 126,3 milyon manat (təqribən 4,2 milyard dollar) və ya bütün büdcə xərclərinin 17,9 faizi səviyyəsində olacaq.

2023-cü ildə müdafiə və milli təhlükəsizlik üçün faktiki büdcə xərcləri 5 milyard 854,8 milyon manat (təqribən 3,45 milyard dollar) və ya bütün dövlət büdcəsi xərclərinin 16,1 faiz qədər təşkil edib.Gələ
 
 
N.Təbrizli

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
anews.az

1Mənbələr