Azərbaycanın 2025-ci il dövlət büdcəsi layihəsində müdafiə və milli təhlükəsizlik xərcləri 6 milyard 658,3 milyon manat (cari məzənnə ilə 3,9 milyard dollar) və ya bütün xərclərin 16,8 faizi səviyyəsində nəzərdə tutulub.
2024-cü il büdcəsində bu maddə üzrə xərclər 7 milyard 126,3 milyon manat (təqribən 4,2 milyard dollar) və ya bütün büdcə xərclərinin 17,9 faizi səviyyəsində olacaq.
2023-cü ildə müdafiə və milli təhlükəsizlik üçün faktiki büdcə xərcləri 5 milyard 854,8 milyon manat (təqribən 3,45 milyard dollar) və ya bütün dövlət büdcəsi xərclərinin 16,1 faiz qədər təşkil edib.Gələ
N.Təbrizli
www.anews.az