"Nürnberq"in baş məşqçisi Miroslav Kloze komandanın hücumçusu Mahir Emreli haqda danışıb.
Publika.az xəbər verir ki, alman mütəxəssis azərbaycanlı forvardın oynamağa hazır olduğunu bildirib. Kloze Emreliyə 6-cı turun "Herta" ilə matçında şans verə biləcəyini deyib:
“Mahirin bu matçda start heyətində yer alıb-almayacağını hələ bilmirəm. Bu, onun üçün hələ tez ola bilər. Amma əminəm ki, Emreli ən azı yarım saat oynaya biləcək”.
Qeyd edək ki, Mahir Emreli "Nürnberq"lə 1+1 illik müqavilə imzalayıb. 27 yaşlı forvard zədəli olduğu üçün II Bundesliqa təmsilçisinin heyətində debüt edə bilməyib.