AZ

400 minlik tender: Dövlət Agentliyi aftafa, çəkic, dırmıq alacaq - Vergi reyestrində adı yoxdur...

Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi "Lokal Group" MMC satınalma müqaviləsi imzalayacaq. 

Qaynarinfo xəbər verir ki, şirkət Agentliyin təsərrüfat mallarının satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib. 

Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 399 999,51 manatdır. 

"Lokal Group" MMC dövlət satınalmalarında fəal iştirak edən şirkətlərdən biridir. 10 manatlıq nizamnamə kapitalı ilə yaradılan şirkətin qanuni təmsilçisi Səlimov Rövşən Səlim oğludur. Onun haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir. 

"Lokal Group"un saytında şirkət belə təqdim edilir:

"Lokal Group" infrastruktur, sənaye və kommersiya tipli layihələr üzrə ixtisaslaşmış peşəkar bir şirkətdir və təməlini memarlıq dizayn və inşaat xidmətlərindən quran və İnşaatın əsas biznes elementlərini özündə təşkil edən Məhdud Məsuliyyətli Cəmiyyətdir. "Lokal Group" idarəetmə strukturu, kommersiya, podrat və tikinti prosedurlarına tam nəzarət nəzarət etməklə idarəetmə sistemini bir çətir altında birləşdirir".

Göründüyü kimi "Lokal Group" inşaat və dizayn şirkətidir. Şirkətin icra etdiyi layihələr də əsasən bu sahə ilə bağlıdır. Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin keçirdiyi tenderdən isə məlum olur ki, qurum şirkətdən aftafa-duş, çəkic, dırmıq, bel, slikon çubuq, baxıl, bağ qayçısı, karton stəkan, camaşır asmaq üçün sancaq və s. bu kimi təsərrüfat malları alacaq. 

"Lokal Group" MMC ilə bağlı maraqlı faktlardan biri də şirkətin adına Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında rast gəlinməməsidir. Vergi ödəyiciləri üzrə axtarış sisteminə şirkətin adını, yaxud da VÖEN-ni daxil etdikdə belə kommersiya qurumunun mövcud olmadığı barədə qeyd çıxır. 

Seyid
Seçilən
25
9
qaynarinfo.az

10Mənbələr