5 sentyabr 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Kristal Bakı” ASC-nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində listinqə daxil edilmişdir. Qeyd olunan səhmlərin Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə olan yerləşdirilməsi 18 sentyabr 2024-cü il tarixində yekunlaşmışdır.
Bu barədə Birja məlumat yayıb.
Qeyd edilib ki, 990 min maantlıq səhmlərə 3 investor 3 sifariş təqdim edib. Səhm buraxılışı tam məbləğdə yerləşdirilib.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: "Kristal Bakı” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ1001022255
Səhmlərin növü və forması: Səhm adi, sənədsiz, adlı
Ticarət üsulu/forması: Kütləvi/Abunə yazılışı
Səhmlərin sayı: 990,000 (ədəd)
İlkin ticarət qiyməti: 1 manat
Buraxılış həcmi: 990,000 manat
Hərrac qiyməti: 1 manat
Reallaşdırılmış həcm: 990,000 manat
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə): 990,000 manat
İnvestor sayı: 3
Sifariş sayı: 3
Anderrayter: “Assist Finance İ.Ş” ASC