AZ

Restoranda 2 nəfərin şam yeməyi neçəyə başa gəlir? – Müqayisə

Restoranda 2 nəfərin şam yeməyi neçəyə başa gəlir? – Müqayisə




Azərbaycanda orta səviyyəli restoranda 2 nəfər üçün nəzərdə tutulan menyunun orta qiyməti 60 manat (35,3 dollar) təşkil edir.Yeniavaz.com məşhur araşdırma portalı “Numbeo”nun açıqladığı məlumatlara istinadən xəbər verir ki, bu ilin əvvəlində 2 nəfərlik menyunun orta qiyməti 57,8 manat (34 dollar) olub.Qeyd edək ki, 2 nəfər üçün nəzərdə tutulan menyuya 3 cür yemək – salatlar, əsas yeməklər və desertlər daxildir.Müqayisə üçün bildirək ki, 2 nəfər üçün nəzərdə tutulan menyunun orta qiymətinin ən yüksək olduğu ölkə İsveçrə hesab olunur. Bu ölkədə 2 nəfərin restoranda yeməyə xərcləyəcəyi məbləğ 130,5 dollara bərabərdir. Ən ucuz menyu isə Banqladeşdə qeydə alınıb. Bu ölkədə 8,4 dollar ödəyərək 2 nəfər restoranda yemək yeyə bilər. Region ölkləri arasında isə ən ucuz menyu İranda olub. İranda 2 nəfər üçün nəzərdə tutulan menyunun orta qiyməti 20,8 dollar təşkil edib.




Xəbərin oxunma sayı :
55

Seçilən
18
5
azfakt.com

6Mənbələr