AZ

"Kristal Bakı" şirkətinin səhmlərinə 3 investor 3 sifariş təqdim etdi - HƏRRACIN NƏTİCƏSİ

5 sentyabr 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Kristal Bakı” ASC-nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində listinqə daxil edilmişdir. Qeyd olunan səhmlərin Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə olan yerləşdirilməsi 18 sentyabr 2024-cü il tarixində yekunlaşmışdır.

FED.az xəbər verir ki, bu barədə Birja məlumat yayıb. 

Qeyd edilib ki, 990 min maantlıq səhmlərə 3 investor 3 sifariş təqdim edib. Səhm buraxılışı tam məbləğdə yerləşdirilib.  Səhmlərin yerləşdirilməsi uğurla yekunlaşdığı üçün "Kristal Bakı" ASC-nin nizamnamə kapital 990 min manat artaraq 10 min manatdan 1 milyon manata yüksəlib.

Səhmlər üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı: "Kristal Bakı” ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ1001022255

Səhmlərin növü və forması:  Səhm adi, sənədsiz, adlı

Ticarət üsulu/forması:  Kütləvi/Abunə yazılışı

Səhmlərin sayı: 990,000 (ədəd)

İlkin ticarət qiyməti: 1 manat

Buraxılış həcmi: 990,000 manat

Hərrac qiyməti: 1 manat

Reallaşdırılmış həcm: 990,000 manat

Sifarişlərin ümumi həcmi (nominal qiymətlə): 990,000 manat

İnvestor sayı:  3

Sifariş sayı:  3

Anderrayter: “Assist Finance İ.Ş” ASC

Qeyd edək ki, bugünədək "Kristal Bakı" ASC-nin səhmdarları Vəliyev Pərviz Ağalar oğlu (50%), Nəbiyev Fərid Elbrus oğlu (25%) və Nəbiyev Araz Mahayət oğlud (25%) idi.

Seçilən
92
15
fed.az

10Mənbələr