“Neftçi” ilə idman direktoru Yens Andersson arasında müqaviləyə isveçli mütəxəssisin öz xahişi ilə qarşılıqlı razılıq əsasında xitam verilib.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayılıb.
2023-cü ilin sentyabrından klubda çalışan Anderssona “Neftçi”dəki fəaliyyətinə görə təşəkkür edilib. Bu qərarın komandanın son həftələrdə göstərdiyi nəticələrlə əlaqədar olmadığını bildirilib.