Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına PVC (polivinil xlorid) yükü aparan yük nəqliyyat vasitəsinə daxil olmuş əməliyyat məlumatı əsasında gömrük baxışı keçirilib.
Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Məlumata görə, baxış zamanı nəqliyyat vasitəsinin müxtəlif gizli saxlanc yerlərindən təsiredici maddəsinin miqdarı 6436.125 qram olan 28 605 həbdən ibarət "Tramadol hidroxlorid" tərkibli dərman preparatları aşkar edilib. socar vakansiya
Qeyd edək ki, "Tramadol" "Güclü təsir edən maddələr və onların külli miqdarının siyahısı"na daxildir.
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız