AZ

Əli Kərimlinin ən yaxın adamları AXCP-dən istefa verdilər

AXCP Rəyasət Heyətinin üzvləri Asif Yusifli və İlham Hüseyn istefa veriblər.


Musavat.com xəbər verir ki, Asif Yusifli və İlham Hüseyn istefaları ilə bağlı sosial media hesablarında paylaşım ediblər.

410964420_903524774470992_3507685030110899686_n.jpg

Asif Yusifli 

"Başda Əli Kərimli olmaqla Xalq Cəbhəsinin bütün üzvlərinə uğurlar arzulayıram. Uzun müddətli birgə fəaliyyətə görə bütün AXCP üzvlərinə təşəkkür edirəm. Bu gündən etibarən AXCP üzvlüyündən istefa verirəm. Çıxmağımın səbəbi nədir? Xroniki boykot. Prinsipial müxalifət mövqeyində qalıram. Fəaliyyətimi müstəqil olaraq davam etdirəcəm. Növbəti addımlarım haqda ictimaiyyətə məlumat verəcəm",-deyə Asif Yusifli paylaşımında bildirib.

174200134_4079474242145831_6165852408940618184_n.jpg

İlham Hüseyn

"İlk öncə hər birinizə təşəkkür edirəm, biz bu yolda birgə olaraq mərd, cəsur və iradəli addımladıq. Artıq mən bu yolu bitirirəm, düşünürəm bizdən sonra yeni üzvlərə şans vermək vaxtıdır. Asif Yusiflinin istefası məni bu addımı atmağa cəsarətləndirdi. Biləsiniz ki, müxalif mövqeyimdə qalıram, sadəcə AXCP-dən istefa verdiyimi "public" olaraq bəyan edirəm. Hər birinizə uğurlar. İstefa vermək özü bir mədəniyyətdir",-deyə İlham Hüseyn bildirib.

Musavat.com
 
 
Seçilən
52
5
musavat.com

6Mənbələr