AZ

Gürcüstanın Baş naziri Baydenə qeyri-rəsmi təsirdən danışıb

ABŞ prezidenti Co Baydenə Tbilisiyə qarşı sanksiyalar məsələsində qeyri-rəsmi təsir göstərilir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş Naziri İrakli Kobaxidze TASS-a açıqlamasında bildirib.

Kobaxidze Tbilisiyə qarşı sanksiyalar tətbiq etmək qərarının şəxsən Bayden tərəfindən qəbul edildiyinə şübhə ilə yanaşıb. O, ABŞ-nin Gürcüstana qarşı sanksiyalar tətbiq etməyəcəyinə ümid etdiyini ifadə edib.

“Mən buna inanmıram. Düşünürəm ki, qeyri-rəsmi təsirlər var, amma detallara varmaq istəmirəm”, - deyə baş nazir bildirib. O, əks təqdirdə Tbilisinin Vaşinqtonla münasibətlərini yenidən nəzərdən keçirməli olacağını vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
iqtisadiyyat.az

1Mənbələr