AZ

Sirr açıldı: Lukaşenko belə öldürüləcəkmiş - Etiraf

Belarusda hakimiyyəti ələ keçirməyə cəhddə ittiham olunanlar ölkə Prezidenti Aleksandr Lukaşenkonun helikopterini pulemyotla vuraraq məhv etməyi planlaşdırıblar.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Belarus-1 telekanalının yayımladığı "Qətl planı. Hədəf Lukaşenkodur" filmində iş üzrə müttəhimlərdən biri Yuri Zenkoviç deyib.

"Dövlət başçısının helikopterini ya havaya qalxanda, ya da enərkən pulemyotla vurmaq nəzərdə tutulurdu", - o bildirib.

Qeyd edək ki, 2022-ci il sentyabrın 5-də Minsk Vilayət Məhkəməsi Zenkoviçi Belarusda hakimiyyəti ələ keçirmək cəhdinə görə 11 il müddətinə azadlıqdan məhrum edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
4
4
milli.az

5Mənbələr