AZ

UEFA Çempionlar Liqası: Liqa mərhələsinin I turunda daha 2 görüş keçirilib

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunun ikinci oyun günündə 2 qarşılaşma keçirilib.

“Far.Az” xəbər verir ki, İtaliyada baş tutan matçda yerli "Bolonya" Ukrayna təmsilçisi "Şaxtyor"la heç-heçə edib - 0:0.

Çexiya klubu "Sparta" isə doğma meydanda Avstiyanın "Zaltsburq" komandasını 3:0 hesabı ilə üstələyib.

Azarkeşlər saat 23:00-da başlayacaq daha 4 qarşılaşmanın şahidi olacaqlar.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi

18 sentyabr

I tur

“Bolonya” (İtaliya) - “Şaxtyor” (Ukrayna) 0:0
“Sparta” (Çexiya) - “Zaltsburq” (Avstriya) 3:0

23:00. “Brügge” (Belçika) - “Borussiya” (Dortmund, Almaniya)
23:00. “Seltik” (Şotlandiya) - “Slovan” (Slovakiya)
23:00. “Mançester Siti” (İngiltərə) - “İnter” (İtaliya)
23:00. PSJ (Fransa) - Jirona (İspaniya)

Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk tura sentyabrın 19-da yekun vurulacaq.

Seçilən
46
9
far.az

10Mənbələr