AZ

Bakıda tələbəni xəncərləyən şəxs tutuldu

Ötən gün Xətai rayonunda kütləvi dava zamanı tələbə Elmir Nəsirova xəncər vasitəsilə beş dəfə zərbə endirən şəxs tutulub.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Sentyabrın 17-də axşam saatlarında paytaxtın Xətai rayonunda 2005-ci təvəllüdlü Elmir Nəsirova kəsici alətlə xəsarətlər yetirməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Tofiq Əzizov polis əməkdaşlarının keçirdikləri tədbirlərlə müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hər iki şəxs 5 nömrəli Peşə Liseyinin tələbəsidir.


Müəllif: Hacı Zeynalov
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
8
teleqraf.com

9Mənbələr