AZ

Alimlər açıqladı: "Ölüm və yaşamdan başqa üçüncü bir həyat var"

Alimlər ölüm və yaşamdan başqa üçüncü br həyatın olduğu qənaətinə gəliblər.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, onlar ölü orqanizmin hüceyrələrinin hətta ölümdən sonra da fəaliyyət göstərdiyi \"üçüncü həyat” aşkar ediblər.
 
Vaşinqton Universitetinin tədqiqat qrupu araşdırmalar nəticəsində ölü hüceyrələrin özlərini hərəkət etdirə, yeniləyə və çoxalda bilən yeni həyat formasına çevrildiyini aşkarlayıb.
 
Belə ki, ölü qurbağa embrionlarından alınan dəri hüceyrələri laboratoriyada \"ksenobot\" adlanan yeni orqanizmlərə çevrilib. Bu orqanizmlər orijinal bioloji rollarından kənar davranışlar nümayiş etdirərək ətraf mühitlərində hərəkət edə bilirlər. 
 
Araşdırmaları dərinləşdirən alimlər aşkar ediblər ki, insanın ağciyər hüceyrələri də özbaşına hərəkət edə bilən \"antrobot\" adlanan miniatür çoxhüceyrəli orqanizmlərə çevrilə bilir.
 
Bu isə tibbdə yeniliklər edərək gələcəkdə müalicə etməkdə çətinlik çəkdiyimiz bir çox məsələlər üçün daha effektiv həllər hazırlamaq üçün zəmin yaradır.
 
Aysel

Seçilən
108
2
azxeber.com

10Mənbələr