AZ

Azərbaycan antiterror əməliyyatı ilə öz suverenliyini bərpa etdi - EKSPERTDƏN AÇIQLAMA

Azərbaycan antiterror əməliyyatı ilə öz suverenliyini bərpa etdi - EKSPERTDƏN AÇIQLAMABu gün hərb tariximizin ən parlaq səhifələrindən olan antiterror əməliyyatından bir il ötür. Təsadüfü deyil ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb.

Sonxeber.az- a açıqlama verən hərbi ekspert Səxavət Məmməd bildirib ki, bir il öncə Azərbaycan ordusunun başlatdığı antiterror əməliyyatı ilə Azərbaycan Respublikası öz suverenliyini bərpa etdi:

"Artıq antiterror əməliyyatından bir il keçib. Antiterror əməliyyatının keçirilməsinin əsas səbəblərindən biri 10 noyabr bəyənnatındakı 4-cü bənd idi. Yəni eyni vaxtda ordakı erməni silahlıları çıxacaq və rusiya sülhməramlıları daxil olacaq bəndinə əməl olunmadı. Bu problem uzun müddət Azərbaycanı narahat etdi. Çünki konkret olaraq ermənilər həmən ərazidə qaldılar. Antiterror əməliyyatlarının kilid nöqtəsi bu idi. Əgər bu hadisə baş verməsəydi, ərazidə sadəcə rusiya sülhməramlıları olsaydı hesab edirəm ki, antiterror əməliyyatı da keçirilməzdi. Antiterror əməliyyatı ilə ordakı erməni ordusu dağıdıldı, tamamilə tərkisilah olundu. Onlar silahları yerə qoyub Ermənistana qaçdı.

Maraqlıdır ki, orda yaşayan ermənilər də Azərbaycan ərazisində qalmaq istəmədilər və Ermənistana qayıtdılar. Nəticədə Azərbaycan suverenliyini tam olaraq bərpa eləmiş oldu. Əlbəttə biz müstəqil idik. Amma Azərbaycan öz ərazisinin 20 faizinə nəzarət edə bilmirdi. Antiterror əməliyyatı ilə Azərbaycan tam suveren bir dövlət oldu. Bu Azərbaycan dövləti üçün böyük uğurdur.
Əgər bir dövlətin ərazisində seperatizim, münaqişə varsa, bu dövləti konkret olaraq həmişə məşğul edir. Azərbaycanın müstəqil olandan sonra 30 ildən çox bir zaman ərzində ən böyük problemi ərazisi ilə suverenliyi ilə bağlı idi. Antiterror əməliyyatı ilə Azərbaycan hər mənada öz ərazisində bu problemlərin hamısına nöqtə qoydu. Buna görə də suverenlik gününün təsis olunması hesab edirəm ki, doğru addımdır. Hətta deyərdim ki, bu 44 günlük müharibənin nəticəsindən daha önəmli bir hadisədir. Çünki 44 günlük müharibənin nəticəsində hələ də problemlər qalırdı. Antiterror əməliyyatından sonra isə suverenliyimiz tamamilə bərpa olundu".

Çiçək Sadatova

Seçilən
12
50
sonxeber.az

10Mənbələr