AZ

Azərbaycanda Dövlət Suverenliyi Gününün təsis edilməsinin əhəmiyyəti-Əziz Əlibəyli- ÖZƏL

"Cənab Prezident tərəfindən 20 sentyabrın Azərbaycanda Dövlət Suverenliyi Gününün təsis edilməsinin əhəmiyyəti odur ki,  Azərbaycan özünün ərazi bütövlüyünü bərpa etdi və beynəlxalq hüquqla tanınmış ərazilərinə qovuşdu. Bu, separatizmin,  Azərbaycana qarşı onilliklərlə davam edən işğal rejiminin bitməsi, dünya üçün yeni təcrübənin təqdimatı idi".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli deyib:

"Burda önəmli məsələ Azərbaycanın siyasi, iqtisadi, hüquqi, daxili suverenliklərinin təsdiq olunması idi. Şübhə yoxdur ki, SSRİ süqut etdikdən və  Azərbaycan müstəqilliyini elan etdikdən sonra ilk dəfədir ki, tam olaraq özünün ərazi bütövlüyündə suveren haqlarını bərpa etmiş oldu. Azərbaycan üçün ikinci önəmli məsələ bütövlük hadisəsidir. Bu bütövlük hadisəsi özündə ölkənin həm də xarici suverenliyini birləşdirir. Daxili möhkəmlik, birləşmə bütövlüyü yaradır. Bu, özünü xarici siyasətdə ifadə ilə tamamlamalıdır. Azərbaycan beynəlxalq hüquq və suverenlik baxımından Qafqazda bundan sonra hansı rolu oynayacaq? Onun tarixi instinktləri, dövlət yaddaşı işə düşəcək. İnsan haqları prizmasından, suverenlik prizmasından, Azərbaycanın indi oynadığı beynəlxalq qlobal təhdidlər fonunda iqlim dəyişikliyi, kibertəhlükəsizlik, pandemiyalar məsələsində suverenliyini yeni çağırışlarla zənginləşdirməli və bunlara uyğunlaşdırmalıdır".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
olaylar.az

1Mənbələr