AZ

Bugün bürcünüz sizə nələr vəd edir?

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik...

Qoç - Maraqlı və hadisələrlə zəngin gündür. Tənbəllik etməyin, süst davranmayın. Yeni layihələr və işlər uğurlu olacaq. Ən cəsarətli, avantüra təsiri bağışlayan istəyinizi dəstəkləyənlər olacaq. Müttəfiqləri uzun müddət aramağa ehtiyac yoxdur.

Yaxın ətrafınızdakı insanlarla dil tapmağa çalışın.

Günün ikinci yarısında gözlənilməz, amma çox xoş və maraqlı təklif ala bilərsiniz.

Dəyər verdiyiniz insanlarla ünsiyyət sizdə xoş əhval-ruhiyyə yaradacaq. Niyyətlərinizlə məramlarınızı konkretləşdirin. Köhnə dostlar özlərini yada salacaqlar. Axşam saatlarında normal istirahət edin.

Buğa - Günün ilk yarısında çətinliklər az olmayacaq. Qarşınıza qoyduğunuz məqsəddən imtina etməyin. Hədəfə sürətlə çatmağı ağlınızdan da keçirməyin. Qətiyyətli və iradəli olun, əzmkar davranın. İşin müqabilində əldə edəcəyiniz mükafat pis olmayacaq. Yaşlı qohumlarla ünsiyyətdə fayda var.

Kömək üçün müraciət edən insana yardım edin. Təcrübənizi bölüşməkdən çəkinməyin.

Günün ikinci yarısında maliyyə məsələlərini həll etməyə başlayın. İşgüzar intuisiyanız sizi yanıltmayacaq. Səfər və ya səyahət pis alınmayacaq. Evdən uzaqda yeni təəssüratlar istisna deyil.

Təəssüratlar xoş olacaq.

Əkizlər - Tələskənliyə yol verməyin. Düşünülməmiş addımlar atmayın. Çox sadə və primitiv təsir bağışlayan işlərin həllində ciddi, qətiyyətli, iradəli olun. İstirahət, əyləncə istəklərini unudun. Əhvalınız pis olmayacaq.

Günün ikinci yarısında dəyər verdiyiniz insanla ünsiyyətdə diqqətli və səmimi olun. Tənqid və iradları bol etməyin. Bu, qarşı tərəfdə inciklik yarada bilər. Yaxınlarınızın ünvanına zarafatlardan çəkinin. Onlar çox həssas və incik olacaqlar. Gündəlik həyatınızda faydalı ola biləcək yenilikləri əxz edin.

Axşam saatlarında gəzintiyə çıxın.

Xərçəng - Günün ilk yarısında hər şey yaxşıdır. Narahatlıq və nigaranlıq üçün heç bir səbəb yoxdur. Nəzərdə tutduğunuz layihəni reallaşdırmaq gözlədiyinizdən də asandır. Dostlar sizə yardım edəcəklər. Onlar problemlərin həllinin yeni variantını təklif edəcəklər. Ən yaxşı məziyyətlərinizi nümayiş etdirin.

Günün ikinci yarısı yeni tanışlıqlar üçün əlverişlidir.

Təxəyyülə qapılmayın, illüziyalara aldanmayın. Yaşanan olayları bədbin çalarlarda görməyin. Nikbin olun. Problemlərin həllində yaradıcı olun.

Axşam saatlarını əyləncəyə həsr edə bilərsiniz.

Şir - Günün ilk yarısında kiçik problemlər və anlaşılmazlıqlar ola bilər. Yaşananları ürəyinizə salmayın. Ciddi problemlərdən çəkinməyin. Kiçik çətinliklərin öhdəsindən gələcəksiniz.

Yeni tanışlıqlar yaxşı perspektivlər vəd edir.

Günün ikinci yarısında yaxınlarınızın qayğısına qalın. Onların rifahı ilə bağlı məsələləri qulaqardına vurmayın. Yardımlarınız qəbul olunacaq, dəyərləndiriləcək.

Qohumlar və dostlar üçün hədiyyələr alın. Sevdiyiniz insana sürpriz etməyi unutmayın.

Qız - Gün ciddi problemlər vəd etmir. Maliyyə problemlərinin həllində diqqətli və sayıq olun. Alış-verişdə bədxərclik etməyin. Ailə münasibətləri pis deyil. Yaxınlarınızla münasibətlərdə mübahisələr, problemlər istisna deyil. Hansısa məsələlərlə bağlı vahid mövqe əldə olunmazsa, narahat olmayın.

Günün ikinci yarısında maraqlı tərəfləri təmin edəcək həll variantını tapmaq olar. Ümumi, vahid məqsədə çatmaq üçün səyləri birləşdirməkdə fayda var.

Sizdən yaşlı və təcrübəli olanlar da dediklərinizə qulaq asacaqlar. Liderlik məziyyətlərinizi nümayiş etdirin. Axşam saatlarında səhhətinizdə problemlər ola bilər. Özünüzü qoruyun.

Tərəzi - Pozitiv emosiyalar vəd edən yaxşı gündür. İdeyalarınızın hamısı yaxşı olmasa da, onların arasında uğurlu olanları seçərək məqsədə doğru aparan yolda irəliləyə bilərsiniz.

Tamamilə yeni işlə məşğul olmaq mümkündür.

Günün ikinci yarısında rəğbət bəsləmədiyiniz insanlarla görüş istisna deyil. Həmin adam son gördüyünüz zamandan bəri xeyli dəyişib. Köhnə problemlər və anlaşılmazlıqları unudun, yeni münasibətlərin təməlini qoyun.

Xırda məsələlərdə və detallarda intuisiya sizi aldatmayacaq. Ciddi işlərdə sayıq olun.

Əqrəb - Gün mənfi xüsusiyyətlərdən xali deyil. Etiraf edin ki, problemlərin əksəriyyətinin səbəbkarı sizsiniz. Hiyləgərlik etməyin, intriqalara qatılmayın. Səmimiyyət və şəffaflıq uğuru təmin edəcək. Uşaqlıq dostları ilə görüş üçün əlverişli zamandır.

Son vaxtlar darıxdığınız, görmək istədiyiniz insanlarla günün ikinci yarısında bir araya gələ bilərsiniz.

Axşam saatlarına yaxın ev işləri yorucu və usandırıcı təsir bağışlamayacaq. Yaşam arealında qayda yaradın. Mətbəxdə eksperimentlər apara bilərsiniz.

Qonaqlar istisna deyil.

Oxatan - Günün ilk yarısında hər şey uğurlu olacaq. Vaxtınızı ciddi işlərə sərf edin. Mühüm görüşlərin müzakirəsi, sizi çoxdan bəri narahat edən məsələlərin həllində qətiyyətli olun. İradəli davranın. Əhvalınız yaxşılaşa bilər.

Günün ikinci yarısında yarımçıq işi başa vurun. Gəzinti və kiçik səfərlərə çıxa bilərsiniz. Axşam saatlarına yaxın işgüzar aktivliyiniz azalmasın. Passiv olmayın. Süst davranmayın. Maraqlı işlə məşğul olun. Amma qüvvə və səylərinizi mənasız işlərə xərcləməyin.

Axşam saatlarında normal davranın.

Oğlaq - Ailə münaqişəsi istisna deyil. Qohumlarınızla ünsiyyətdə problemlər yarana bilər. Dostlarla belə, dil tapmaq asan deyil. İş, əmlak və maliyyə ilə bağlı məsələləri yaxşı tanımadığınız insanlarla bölüşməyin.

Rəğbət bəslədiyiniz insanlar sizə yardım edəcəklər. Onlar yaxşı məsləhətlər verəcəklər.

Günün ikinci yarısında ideyalar istisna deyil. Çətinliklər əsasən praktiki məzmunla bağlıdır. Layihə və ya ideyaların həyata keçirilməsini təxirə salmayın. İşlər alınarsa, tələskənliyə yol verməsəniz, yaxşı nəticələrə nail olacaqsınız.

Uzunmüddətli səfəri diqqətlə planlaşdırın.

Dolça - Günün ilk yarısında həssas və qayğıkeş olun. Maraqlandığınız işlə məşğul ola bilərsiniz. Yaxın ətrafınızdakı insanların neqativ əhvalına fikir verin. Tənqidlərdən sonra ruhdan düşməyin. Kəskin antipatiyanız olan insanla ünsiyyəti dayandırın.

Yeni tanışlıqlar əsnasında intuisiyanıza güvənin.

Günün ikinci yarısında kiçik səfər və ya gəzinti ola bilər. Alış-verişdə bədxərclik etməyin. Əsla zərurət duymadığınız nəsnələrə pul xərcləməyin.

Sizinlə maraqlanan insan var. Davranışlarınıza fikir verin.

Balıqlar - Sakit və rahat gündür. Uzun müddətdən bəri gözlədiyiniz məlumatı eşidəcəksiniz. Hadisələr məhz gözlədiyiniz məcrada inkişaf edəcək. Planlarınızı həyata keçirə bilərsiniz. Niyyətlərinizə dəyişikliklər etməyin.

Ünsiyyət, müzakirələr və danışıqlar üçün əlverişli zamandır.

İndiyədək dil tapa bilmədiyiniz insanlarla danışıqlar aparın.

Günün ikinci yarısında qayğıkeş olun. Rəqiblərlə dil tapmaq, münasibətləri korlayan problemləri həll etmək, çətinliklərə son qoymaq mümkündür.

Yeni informasiyanı asanlıqla əxz edə bilərsiniz. Bilik və bacarıqların artırılması, yeni təcrübənin əldə olunması üçün münasib zamandır.

Alınan məlumatları diqqətlə dəyərləndirin.(Milli.Az)

Poliqon.info

 

 

Seçilən
29
poliqon.info

1Mənbələr