AZ

Vyetnam BRİKS sammitində iştirakını təsdiqləyib

Vyetnam nümayəndə heyəti Kazanda  keçiriləcək BRİKS sammitində iştirak edəcək. Bu barədə "İzvestiya” qəzeti ölkənin Rusiyadakı səfirliyinə istinadən məlumat yayıb.

Vyetnam diplomatik missiyası vurğulayıb ki, nümayəndə heyətinə kimin rəhbərlik edəcəyi hələ məlum deyil.

Bundan əvvəl Rusiya prezidenti bildirib ki, 34 ölkə BRİKS-ə qoşulmaq istəyir. 
 
BRİKS-in genişləndirilməsi məsələsi oktyabrın 22-24-də Kazanda keçiriləcək qarşıdakı sammitdə müzakirə oluna bilər.
 
Azərbaycanın BRİKS-ə qoşulmaq üçün rəsmi müraciətinə assosiasiyanın bu ilin oktyabrında Kazanda keçiriləcək sammitində baxıla bilər. 
 
İyulun 11-də Sankt-Peterburqda keçirilən X BRİKS Parlament Forumunun plenar iclasında çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, Azərbaycan BRİKS-in tamhüquqlu üzvü olmaq istəyir.
 
Avqustun 20-də Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, respublika BRİKS-ə qoşulmaq üçün rəsmi müraciət edib.
 
Hazırda təşkilatın 10 üzvü var.

 
Gülnar

www.anews.az
Seçilən
116
6
anews.az

10Mənbələr