AZ

ABŞ Məxfi Xidməti Maskın Baydenlə bağlı şərhini araşdırır

ABŞ Məxfi Xidməti İlon Maskın prezident Co Bayden və vitse-prezident Kamala Harrisə təhdid kimi qiymətləndirilə bilən X postu ilə bağlı araşdırmaya başlayıb.

Bakupost.az xəbər verir ki, bu barədə Bloomberg bildirib.

“Niyə heç kim Baydeni və ya Harrisi hətta öldürməyə belə cəhd etmir”, - deyə Mask keçmiş prezident və hazırkı prezidentliyə namizəd Donald Trampa ikinci sui-qəsd cəhdindən sonra X-də yazılan postlardan birinə şərhə yazıb.

Bloomberg qeyd edir ki, Maskın yazısı "tezliklə populyarlıq qazanıb, 700.000-dən çox baxış və 57.000 bəyənmə toplayıb". Bildirilir ki, yazı dərc edildikdən qısa müddət sonra silinsə də,ABŞ Məxfi Xidmətinin diqqətini cəlb etməyi bacarıb.

Bloomberg xatırladıb ki, ABŞ prezidentinin həyatına cəhd federal cinayətdir və beş ilə qədər həbslə cəzalandırılır.

Zaur
BakuPost
Seçilən
92
31
bakupost.az

10Mənbələr