AZ

Yasamal sakinləri ilə görüş keçirildi

RİH Başçısı ərazidə sakinlərlə görüşdü
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin həlli ilə bağlı göstərişinə uyğun olaraq paytaxtın Yasamal rayonunda sakinlər üçün sentyabr ayı üzrə növbəti səyyar qəbul keçirilib.Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun sakinlərlə görüşü rayondakı 1 nömrəli Tibb Kollecin akt zalında baş tutdu.Tədbirdə həmçinin Yasamal RİH-in vəzifəli şəxsləri, Bələdiyyə və MKTB rəhbərliyi, xidmət sahələrinin nümayəndələri də iştirak etdilər. Sakinləri salamlayan İcra Hakimiyyətinin başçısı Elşad Həsənov onlardan təklif və müraciətləri bərədə ətraflı məlumat verməyi xahiş etdi. Öncə söz alan Yasamal rayonunun sakinləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə vətəndaşların hakimiyyət orqanları tərəfindən mütəmadi qəbuluna dair tapşırığına görə dərin minnətdarlığını ifadə etdilər. Daha sonra Yasamal rayonunun sakinləri tikinti şirkətləri ilə vətəndaşlar arasındakı ixtilaflar,mülkiyyətin sənədləşdirilməsi məsələləri, küçələrin işıqlandırılması, məşğulluq, rayonda avtoparkinqlərin təşkili və müxtəlif sosial məsələləri əhatə edən digər mövzular qaldırdılar.
İcra başçısı Elşad Həsənov qəbul zamanı müraciət edən rayon sakinlərini dinləyərək onların problemlərinin aradan qaldırılmasına dair RİH əməkdaşlarına bir sıra konkret göstərişlər verdi. İcra başçısı həmçinin sakinləri maraqlandıran suallara ətraflı cavab və izahatlar verdi. Qəbul zamanı bəzi məsələlər yerindəcə həll edildi, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürüldü.
Tədbirdə çıxışı zamanı Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov sakinləri Dövlət Suverenliyi Günü münasibətilə təbrik etdi. İcra başçısı 2023-cü il sentyabrın 19-20-də reallaşdırılan lokal xarakterli antiterror əməliyyatınan söz açdı.Bildirdi k, bu əməliyyat İkinci Qarabağ müharibəsində qazanılmış Zəfərin məntiqi davamı olaraq, ölkəmizi əsas hədəfinə qovuşdurdu. Azərbaycan ərazilərinin 30 ildən artıq davam edən işğalına və Ermənistanın formalaşdırdığı qanunsuz xunta rejiminin mövcudluğuna birdəfəlik son qoyuldu.Bu tarixi missiyanı uğurla yerinə yetirdiyinə görə biz Ali Baş Komandan cənab İlham Əliyevə və şanlı ordumuza borcluyuq.
Seçilən
77
3
xalq.az

10Mənbələr