Azərbaycanda məhkum həbsdə ölüb.
Azreform.info Lent.az-a istinadən xəbər verir ki, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb.
Orada cəza çəkən məhkum 58 yaşlı Ədalət Şəfi oğlu İsgəndərov dünyasını dəyişib.
Onun xəstəlikdən öldüyü bildirilir.
Qeyd edək ki, bu, 2024-cü il ərzində Bakı həbsxanalarında 24-cü ölüm hadisəsidir.