AZ

Yaxın Şərq ALOV içində: ABŞ, Rusiya, İran və BMT AYAĞA qalxdı - CANLI

BMT İsrail və Livan arasında vəziyyətin gərginləşməsindən, xüsusən də İsrailin Beyruta hava hücumundan son dərəcə narahatdır və bütün tərəfləri maksimum təmkinli olmağa çağırır.

Musavat.com xəbər verir ki, bunu brifinqdə BMT-nin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.

"İsrail-Livan sərhədindəki eskalasiyadan, o cümlədən Beyruta ölümcül zərbədən çox narahatıq. Bütün tərəfləri dərhal deeskalasiyaya çağırırıq, hər kəs maksimum dərəcədə təmkin nümayiş etdirməlidir”, - deyə o bildirib.

İran iyulun 31-də HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə görə İsrailə tezliklə cavab verəcək. Bunu İranın ali dini rəhbəri Ayətullah Əli Xameneinin dəftərxanasının rəhbəri Məhəmməd Məhəmmədi Qolpayeqani deyib.
“Sionist rejimin bu addımına tezliklə cavab veriləcəyi gözlənilir”, - deyə o bildirib.

"Bəzi İsrail rəsmilərinin onlar üçün hər şeyin bağışlanması xəttinə sadiq qalması pis tendensiyadır, İsrailin Qəzzada fəaliyyəti qəbuledilməzdir".

Bu sözləri isə Rusiya xarici işlər naziri Sergey Lavrov “Skay Nyus Arabia”ya müsahibəsində deyib.

"Bəzi xadimlərin yəhudi xalqının Holokost qurbanı olduqlarını, onların üçün hər şeyin bağışlanacağını rəhbər tutması mənfi tendensiyadır. Bu, Hitler Almaniyasına və ideologiyasına xas olan eksklüzivliyin əlamətidir. İsraildə çoxlu dostum var. Onların əksəriyyəti başa düşür ki, Fələstin dövlətinin yaradılması məsələsi həll olunmalıdır və Fələstin xalqının təbii hüquqlarını boğmaq olmaz”, - deyə Lavrov bildirib.

"İnsanların İsrail-Livan sərhədi boyunca evlərinə qayıtması üçün çalışırıq”.

Bunu da ABŞ prezidenti Co Bayden İsrail-Livan sərhədində vəziyyətin gərginləşməsini şərh edərkən deyib.

Bayden əlavə edib ki, regional sülhü qorumaq üçün Qəzza zolağında atəşkəsə nail olmaq çox vacibdir.

“İsrailin şimalında və Livanın cənubunda yaşayan insanların öz evlərinə sağ-salamat qayıdacağına əmin olmaq istəyirəm”, – deyə Bayden vurğulayıb.

TV Musavat-ın saat 12:00-da canlı yayımlanan "Həftə içi" verilişində aparıcı Emil Salamoğlunun qonağı Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimlidir.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/@musavattv

Seçilən
106
15
musavat.com

10Mənbələr