AZ

"Zelenskinin "Qələbə planı"nın detalları bəlli olub" - "Bloomberg"

"Ukrayna öz ərazilərini güzəştə getmək niyyətində deyil..."
 
Ukrayna lideri ABŞ-da ölkəsinin NATO-ya dəvət olunması və silah tədarükü zəmanətlərinə nail olmağa çalışacaq
 
Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Co Baydenlə sentyabrın 26-da Vaşinqtonda gözlənilən görüşü zamanı Birləşmiş Ştatlardan ölkəsinin NATO-a daxil olması üçün rəsmi dəvətə və Ukraynanın "Qələbə planı" çərçivəsində müasir silahların daimi tədarükləri üzrə öz üzərinə öhdəliklər götürməsinə nail olmağa çalışacaq. 
 
Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi yazıb.
 
Gözlənilir ki, Zelenskinin Baydenə tədqim edəcəyi plan həmçinin Ukraynanın Avropa İttifaqına üzvlüyə dəqiq yolu, habelə digər iqtisadi və təhlükəsizlik sayəsində razılaşmaları tələb edir.
 
Qeyd edilir ki, Ukrayna liderinin "Qələbə planı" Putini sülh axtarışlarına vadar etməlidir. Kiyev həmçinin belə zəmanətlər olmadan atəşkəs rejiminin Rusiyaya yenidən silahlanmasından sonra sərbəst şəkildə zərbələr endirməyə imkan verəcək. 
 
Zelenskinin "Qələbə planı" - detallar 
 
Zelenski hələlik bu planın təfərrüatlarını təqdim etməkdən imtina edib və bəyan edib ki, əvvəlcə onu Baydenə təqdim etməlidir. O, həmçinin bu planı ABŞ prezidentliyinə namizədlər Kamala Harris və Donald Trampla, habelə hər iki partiyadan olan Konqres üzvləri ilə müzakirə etməyi planlaşdırır. 
 
"Biz bütün detalları ABŞ prezidenti ilə müzakirə edəcəyik, çünki bəzi məqamlar ABŞ-ıb iradəsi və dəstəyindən aslıdır", - Zelenski bu barədə cümə günü Avropa Konissiyasınln prezidenti Ursula fon der Lyayyenlə birgə mətbuat konfransında bəyan edib. 
 
Zelenski deyib ki, Kiyev ilin sonunadək ikinci "sülh sammi"tini keçirmək istəyir. Və bu sammitə hazırda müharibəni dayandırmaq niyyətində olmayan və Donetsk vilayətində tədricən irəliləyən Rusiyanın iştirakı nəzərdə tutulur. 
 
Ukrayna tərəfdarlarının bəziləri danlşıqlar yolu ilə atəşkəsə nail olmaq variantları üzərində işləyir. Bu müzakirələr zamanı Zelenski Ukraynanın ərazilərini güzəştə gedə bilməyəcəyi mövqeyində israrlıdır.
Seçilən
120
5
moderator.az

10Mənbələr