AZ

İranda partlayış nəticəsində ölənlərin sayı 50-yə çatdı – Yenilənib


İranın şimal-şərqindəki Tebes şəhərində kömür mədənində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 50 nəfərə çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Bildirilib ki, azı 20 nəfər yaralanıb.
Nəşr yazır ki, şaxtada partlayış tunellərdən birində metan qazının sızması səbəbindən baş verib. Partlayış zamanı mədənin B və C bloklarında 69 nəfər olub. B blokundan 20 şaxtaçının cəsədi çıxarılıb, C blokunda işləyən 30 nəfərin hamısı ölüb.

***10:37
İranın şərqindəki Cənubi Xorasan vilayətində kömür mədənində partlayış olub.
Yeniavaz.com
“Reuters”ə istinadla xəbər verir ki, partlayış nəticəsində azı 28 şaxtaçı həlak olub.

İran dövlət televiziyasına açıqlama verən vilayət rəsmisi ötən gecə Tebes rayonundakı kömür mədəninin iki blokunda metan qazı partlayışının baş verdiyini bildirib.
O, partlayış nəticəsində azı 28 nəfərin öldüyünü, 17 nəfərin yaralandığını, 24 nəfərin isə hələ də dağıntılar altında olduğunu bildirib:
“Mədəndəki bloklarda ümumilikdə 69 nəfər çalışır və ekspert qrupları tərəfindən dağıntılar altında qalanların xilas edilməsi işləri davam etdirilir”.

İran prezidenti Məsud Pezeşkian həlak olanların ailələrinə başsağlığı verib.
Seçilən
23
4
yeniavaz.com

5Mənbələr