AZ

Anton Krivotsyuk üçün 90 dəqiqə, 1 “sarı” və 1 xal

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk Cənubi Koreyanın “Daejeon Hana Sitizen” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, futbolçumuzun komandası ölkə çempionatının (K Liqa 1) 31-ci turu çərçivəsində “Jeonbuk”la qarşılaşıb.

“Daejeon Hana Sitizen” bu rəqiblə doğma meydanda üz-üzə gəlib. Futbolçumuzun komandası meydanı heç-heçə ilə tərk edib – 0:0.

Anton bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb. O, 86-cı dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

“Daejeon Hana Sitizen” 31 turdan sonra topladığı 35 xalla 12 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb. Komanda 31 oyunda 8 qələbə qazanıb, 11 heç-heç edib, 12 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Anton Krivotsyuk Cənubi Koreya klubuna 2023-cü ilin fevral ayında Polşanın “Visla” (Plotsk) komandasından 600 min avro qarşılığında transfer olunub. O, bu komandanın heyətində 55 oyuna çıxıb, 2 qol, 1 məhsuldar ötürmə müəllifi olub.

Anton daha öncə Azərbaycanda “Neftçi”nin uğurları üçün çalışıb. Mərkəz müdafiəçisi Azərbaycan yığma komandasında da 37 matça çıxıb, 1 qola imza atıb.

Seçilən
67
2
arena.az

10Mənbələr