AZ

“Laçında gecəsi 100 manata kirayədə qaldıq, ev sahibi isə..” – Aqil Abbas

Son günlər əsas müzakirə edilən mövzulardan biri də, işğaldan azad olunan ərazilərdə evlərin kirayə verilməsidir. Bu məsələ ictimaiyyətdə birmənalı qarşılanmır.

Hətta iddia olunur ki, həmin evlərin aylıq qiyməti 5 min manat civarındadır.

Bu, nə dərəcədə doğrudur? Oradakı fərdi evlər kirayə verilə bilərmi?

NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan VI çağırış Milli Məclis deputatı Aqil Abbas deyib ki, evlərin kirayə verilməsində pis bir iş yoxdur:

“Qarabağ turistik yerdir, evlərin qiyməti 100-150 manat aralığında dəyişir. Biz də ailəmlə birlikdə Laçında yerləşən evlərdən birində gecəsi 100 manata qaldıq. Bilirsiniz, evi olan o yolla pul qazanır. Burada nə var ki? Bakıda, Sumqayıtda evi kirayə vermək olar, Qarabağda yox?”.

A.Abbas bu məsələnin hansı səbəbdən insanlarda narazılıq yaratdığını anlamadığını qeyd edib:

“Niyə belə olduğunu anlamıram, amma bildiyim odur ki, evi kirayə vermək adi haldır. Düşünün, Şuşaya gündə 7 min adam gedir. Qonaq evləri bahadır deyə, münasib qiymətə kirayə evlərdə qalırlar. Açığı, Laçında otel xoşumuza gəlmədi, biz də otelin yanında 4 otaqlı ev tapdıq. Özü də ev sahibi olan xanım şəhid ailəsi idi. Burada ayıb və ya günah olan nəsə görmürəm. İnsanlar pul qazanır”.

Seçilən
144
42
nocomment.az

10Mənbələr