AZ

ABŞ-dən bitcoin ETF-i ilə bağlı mühüm qərar

ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) rəsmi olaraq “BlackRock”un “iShares Spot Bitcoin” ETF-i üçün opsionları təsdiq edib. Banker.az Reuters-ə istinadla xəbər verir.

Opsionlar müəyyən bir qiymətə əsas aktivin alınıb satılması hüququnu verən müqavilələrdir. Bu addım artıq “iShares Bitcoin trust”da iştirak edən “BlackRock” müştəriləri üçün böyük əhəmiyyət daşıyır.

Bitcoin Bakı vaxtı ilə 08:36 radələrinə günlük 1 faizdən çox artımla 63 850 dollara çatıb.

Opsionlar “Bitcoin”in institusional şəkildə qəbul edilməsi üçün çox vacibdir. Xüsusi ilə də yüksək dərəcədə dəyişkən kripto ETF-ləri ilə. 2024-cü ilin yanvarında istifadəyə verildiklərindən bəri “Bitcoin” ETF-ləri çox uğurlu nəticələr göstərib və bu ETF-lərin başında “BlackRock” və “Grayscale” dayanır. 2024-cü ilin mart ayında Bitcoin ETF-lərinin uğuru və böyük axınlar BTC-nin 73 000 dollar qiymətində yeni tarixi maksimuma çatmasına səbəb olub.

Opsionlar həmçinin “Spot Ethereum” ETF-ləri üçün də yaradıla bilər. Ötən ay NASDAQ və “BlackRock” ETH fondlarına opsion əlavə etmək üçün müraciət etmişdi. Lakin həmin qərarın qəbul olunması daha uzun müddət tələb edəcək. Hesabatlara görə, təsdiq əldə olunsa belə, bu, 2025-ci ilin aprel ayına qədər gözlənilmir.

“Bitcoin” ETF opsionları ideyası yalnız spot BTC ETF-lərini institusional kapital üçün daha cəlbedici edəcək. Banklar və aktivlərin idarəçiləri artıq işçilərinə bu ETF-ləri yüksək gəlirli müştərilərə təklif etmə icazəsi verib. Cümə günü “BlackRock”un təqdim etdiyi sənədə əsasən, “IBIT Spot Bitcoin” ETF opsionları investorlar üçün Bitcoin, eləcə də onunla əlaqəli məhsulların və mövqelərin qiymətinə məruz qalmalarını idarə etmək üçün hedcinq və risk idarəetmə vasitəsi təmin edəcək.

Seçilən
116
50
banker.az

10Mənbələr