AZ

Qaradağda satış məqsədi ilə narkotiklər əldə edən Bakı sakini saxlanılıb

Qaradağda satış məqsədi ilə narkotiklər əldə edən Bakı sakini saxlanılıb

Daxili İşlər Nazirliyi (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində növbəti əməliyyat həyata keçirilib.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, idarə əməkdaşları xidməti əraziyə daxil olan Xəzər dənizinin Qaradağ rayonunda yerləşən sahilində satış məqsədi ilə narkotikləri əldə edən Bakı şəhər sakini 1984-cü il təvəllüdlü Vüqar Əliyevi saxlayıblar. Ondan külli miqdarda psixotrop maddə olan metamfetamin, heroin, tramadol və 51 ədəd digər növdən olan təsiredici həb götürülüb.

Faktla bağlı Su Nəqliyyatında Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Həmçinin, Su Nəqliyyatında Polis İdarəsi bildirir ki, balıqların kürüləmə dövrü ilə əlaqədar sənaye balıq ovuna tətbiq edilən moratoriumun müddəti sentyabr ayının 1-dən etibarən bitib. Xidməti ərazilər olan dövlət qoruqları, milli parklar, dəniz və digər su hövzələrində sənaye balıq ovu ilə məşğul olmaq istəyən vətəndaşların nəzərinə çatdırılır ki, ov zamanı kimyəvi, zəhərli və partlayıcı maddələrdən, eyni zamanda qanunla qadağan olunmuş sintetik tor, elektrik cərəyanı, itiuclu qarmaq kimi ov alətlərindən istifadə etmək qəti qadağandır. Su bioresurslarında, o cümlədən Xəzər dənizində yerləşən strateji obyektlərin yaxınlığında mövcud qanunları kobud şəkildə pozaraq qanunsuz balıq ovlayan şəxslər saxlanılaraq su polisləri tərəfindən cinayət və inzibati xətalar məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyətinə cəlb ediləcəklər.

Su polisləri tərəfindən su hövzələrinə nəsil artımı üçün buraxılan körpə nərəcinsli, həmçinin digər növ balıqların qanunsuz ovlanmasının qarşısını almaq və Xəzər dənizinin dibi ilə çəkilən dəmir boru kəmərlərini, müxtəlif təyinatlı naqilləri, eləcə də dəniz qumunu oğurlayan şəxslərə qarşı da mübarizəni mütəmadi olaraq davam etdirirlər.

Mənbə: AZƏRTAC

Seçilən
4
49
ilk.az

10Mənbələr