AZ

Harris Trampı 5 xal qabaqlayır

ABŞ-ın vitse-prezidenti Kamala Harris respublikaçı rəqibi Donald Trampı 5 faiz qabaqlayır.

Musavat.com xəbər verir ki, belə bir nəticə "NBC News" tərəfindən xüsusi sorğu əsasında müəyyən edilib.

Harris namizəd olduqdan sonra ona necə münasibət bəslədiklərini soruşduqda, qeydiyyatdan keçmiş 1000 seçicinin 48%-i müsbət rəydə olduqlarını bildiriblər. Bu rəqəm iyul ayında 32% olub. Belə bir reytinq sıçrayışı son dövlərlərdə qeydə alınmayıb.

Tramp haqqında eyni suala sorğuda iştirak edənlərin 40%-i onun haqqında müsbət fikirdə olduqlarını ifadə ediblər. Halbuki iyulda bu rəqəm 38%-dən çox olub.

"CBS News" kanalının sorğusu da Harrisi Trampdan 4 faiz irəlidə göstərib.

Musavat.com

Seçilən
19
1
musavat.com

2Mənbələr