AZ

Mərkəzi Bank 4 şirkətə də lisenziya verdi - ADLARI

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair Mərkəzi Banka müraciət etmiş təşkilatların qiymətləndirilməsi həyata keçirilməkdədir.

Bu istiqamətdə aparılan işlər çərçivəsində Mərkəzi Bankın İdarə Heyətinin müvafiq qərarlarına əsasən “Payriff” QSC və “Greentek Group” MMC-yə elektron pul təşkilatı, “Fizza Pay” MMC və “Kabox” MMC-yə isə ödəniş təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziyalar təqdim olunub.

Bu barədə Marja.az Mərkəzi Banka istinadən xəbər verir. 

Qeyd edib ki, Mərkəzi Banka ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam etməkdədir. Ödəniş xidmətlərinin həyata keçirilməsi üzrə verilən lisenziyalarla bağlı məlumatlar Mərkəzi Bankın internet səhifəsi vasitəsilə açıqlanır.

 

Payriff Greentek FizzaPay Kabox
Seçilən
51
9
marja.az

10Mənbələr