AZ

"Azəristiliktəchizat"ın yığılmış zərəri 120 milyon manata yaxınlaşdı

"Azəristiliktəchizat" ASC 2023-cü ili 9,794 milyon manat zərərlə başa vurub. "Report" ASC-nin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 18,15 % çoxdur.

Sənədə əsasən, ötən il səhmdar cəmiyyətinin yığılmış zərəri 9 % artaraq 118,21 milyon manata çatıb.

Bu il yanvarın 1-nə "Azəristiliktəchizat"ın aktivləri 154,396 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 1,7 % çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 14,3 % artaraq 77,703 milyon manata çatıb, balans kapitalı isə 8,6 % azalaraq 76,694 milyon manata düşüb.

Xatırladaq ki, "Azəristiliktəchizat" ölkə Prezidentinin "İstilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" 8 iyun 2005-ci il tarixli sərəncamı əsasında yaradılıb. Onun nizamnamə kapitalı 136,685 milyon manat təşkil edir. Səhmdar cəmiyyəti Bakıda və regionlarda yaşayış evlərini və binaları, təhsil, səhiyyə müəssisələrini və digər sosial təyinatlı obyektləri istiliklə təchiz edir.

 

Seçilən
50
12
bizimxeber.az

10Mənbələr