AZ

“Həm Azərbaycan, həm Ermənistan sülhün tərəfdarıdır” – Ərdoğan

“Ermənistan və Azərbaycan arasında sülh hər iki ölkə üçün yeni imkanlar və qazancların qapısını açacaq”.

Turkustan.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşünü dəyərləndirərkən deyib.

“Cənab Paşinyanın yanaşmasına baxdıqda onun heç də mənfi əhval-ruhiyyədə olduğu görünmür. Onlar Türkiyə olaraq bizdən Ermənistanla Azərbaycan arasında sülh sazişini təmin etməyimizi istəyirlər ki, onlar da bir an əvvəl sülh içində qonşu kimi yaşaya bilsinlər. Biz artıq bunun arxasınca gedirik, bunun üçün çalışırıq. Ümid edirəm ki, biz Azərbaycan və Ermənistan arasındakı bu hadisələri mərhələli şəkildə həll edə bilərik və Azərbaycanla Ermənistan arasında olan bu problemləri aradan qaldırmaqla yoluna qayıda bilərik”, - Prezident bildirib.

Ərdoğan qeyd edib ki, hər iki tərəf əslində sülhün tərəfdarıdır:

“Hazırda Azərbaycan belə bir gözlənti və səy içərisindədir. Biz bunu Ermənistanda da gördük. İnanırıq ki, yaranacaq sülh və əmin-amanlıq mühiti hamı üçün ən yaxşısı olacaq. Ermənistan və Azərbaycan arasında sülh hər iki ölkə üçün yeni imkanlar və mənfəətlər üçün qapı açacaq. Bu sülh prosesinin müsbət nəticəsi Türkiyə ilə Ermənistan arasındakı normallaşma prosesinə də müsbət təsir göstərəcək”. /yeniavaz.com/

Seçilən
19
30
turkustan.az

10Mənbələr