AZ

Dövlət Departamenti: Azərbaycanla Ermənistan arasında sülh sazişi regiona artan sabitlik və rifah gətirəcək

ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistan XİN rəhbərlərini davamlı və ləyaqətli sülh yolunda əldə edilən irəliləyişə görə təqdir edib və sülh sazişini mümkün qədər tez yekunlaşdırmaq üçün hər iki ölkənin davamlı irəliləyişə təşviq edib.

APA xəbər verir ki, bu barədə Dövlət departamentinin yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, dövlət katibi sülh sazişinin regiona artan sabitlik və rifah gətirəcəyini vurğulayıb.

Qeyd edək ki, ötən gün BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində Nyu-Yorkda dövlət katibi Entoni Blinken Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə üçtərəfli görüş keçirib.

Seçilən
97
50
apa.az

10Mənbələr