AZ

Ermənistan bu imperiyanın tərkibində olacaq — Satanovski

Ermənistan hazırda son 300 il ərzində ermənilərin yürütdükləri siyasətdən imtina edir və əks istiqamətdə hərəkət edir.



İctimaimedia.az xəbər verir ki, bunu rusiyalı politoloq Yevgeni Satanovski Paşinyan-Ərdoğan görüşünü şərh edərkən deyib.



“Türkiyə bütün imkanlara sahib olmaqla regionda, o cümlədən ermənilərin üzərində ağabəy olmaq imkanı qazanıb. Bu o deməkdir ki, Ermənistan və ermənilər böyük imperiyanın tərkib hissəsi olmalıdırlar. Bu, aydındır və hər şey ona doğru gedir. Yerdə qalanlar ikinci, üçüncü məsələlərdir”, – deyə o bildirib.



Satanovski Zəngəzur dəhlizi layihəsində Ermənistanın maraqlarının nəzərə alınmayacağını söyləyib.



O, Paşinyanın hazırda dövlət yox, şəxsi məsələlərini həll etdiyini bildirib:



“Ermənistan özü bu oyunçularla oynamağı seçdi. Orada demokratiya, ədalət haqqında çox yaxşı sözlər var, amma nəticə odur ki, Ermənistan xarici oyunçuların artıq tabeliyindədir və heç kimi bu ölkənin gələcəyi, maraqlarının nə olacağı narahat etməyəcək”.Globalinfo

Seçilən
82
7
ictimaimedia.az

10Mənbələr