Pakistan ordusunun sentyabrın 26-da bildirdiyinə görə, Azərbaycana “JF-17 Block III” qırıcı təyyarələrinin satışı üzrə kontrakt imzalanıb. Təyyarəni Pakistan Aeronavtika Kompleksi ilə Çin birlikdə hazırlayır. Son illər İslamabadla Pekinin hərbi münasibətləri sıxlaşıb, Birləşmiş Ştatlar ilə zəifləyib. Azərbaycana neçə qırıcının, hansı qiymətə satılacağı açıqlanmayıb. Bəyanatda deyilir ki, İslamabad dost ölkələrlə müdafiə sahəsində əməkdaşlığı gücləndirməyə, Azərbaycanın hava gücünü artırmağa çalışır. Həm də Türkiyənin müttəfiqi olan Pakistan Azərbaycanı 2020-ci il Qarabağ müharibəsində dəstəkləyib. Azərbaycan həmin 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatla ərazi bütövlüyünü bərpa edib. Ermənistanla sülh sazişi imzalanmayıb, sərhədlər delimitasiya olunmayıb. Azərbaycan prezidenti İlham Əliyev iyulda Pakistana səfər edib. Tərəflər müdafiə də daxil olmaqla bir sıra sahələrdə əməkdaşlığı genişləndirmək üzrə razılığa gəliblər. Pakistan Bakıda keçirilən müdafiə sərgisində iştirak üçün hava qüvvələri kontingenti göndərib, bu təyyarə nümayiş olunub. AzadlıqRadiosu
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta